Müğənni evli kişi ilə eşq yaşadığını gizlətmir

9 Oktyabr 2019 19:59

36 yaşlı Anna Sedokova 27 yaşlı basketbolçu Yanis Tima ilə sevgili olduğunu artıq gizlətmir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni ilk dəfə birlikdə çəkilən fotolarını İnstaqram profilində yayımlayıb. Şəkildə Anna və Timanın əl-ələ qeydiyyata getdikləri əks olunub.

Cütlüyün birlikdə olması ilə bağlı xəbərlər hələ avqustda yayılmışdı. Həmin vaxt idmançının evli olduğu ortaya çıxmışdı. Bir il əvvəl onun Kristian adlı oğlu da dünyaya gəlib. Timanın arvadı Sana Annanın onun ailəsini dağıtdığını deyib. Bildirib ki, əri bank kartlarını bağlatdırıb, onu və övladınə bir qəpiksiz qoyub. Hətta basketbolçu övladı ilə arvadını evdən qovub.

İddialara cavab verən Sedekova isə sevgilisinin arvadından onu tanımazdan əvvəl ayrıldığını bildirib.

Milli.Az