İtaliyada 200-dək reys təxirə salındı - SƏBƏB

9 Oktyabr 2019 19:54

İtaliyanın "Alitalia" aviaşirkəti işçilərin tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 198 reysi təxirə salıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tətilə səbəb əməkdaşların aviaşirkətin planlaşdırılan restrukturizasiyasına etiraz etmələridir.

Qeyd olunur ki, tətil nəticəsində sərnişinlərin 30 faizi zərər çəkə bilər.

Tətil gün ərzində davam edəcək.

"Alitalia" aviaşirkəti təkrar strukturlaşdırılacağı təqdirdə 2 800 əməkdaş işdən azad edilə bilər.

Milli.Az