"Bavariya"nın futbolçusu Tomas Müller komandadan ayrılmaq istəyir.
Milli.Az goal.az-a istinadən yaydığı məlumata görə, buna səbəb baş məşqçi Niko Kovaçın 30 yaşlı oyunçuya az şans verilməsidir. Bundan narazı olan hücumçunun "Bavariya" ilə 2021-ci ilin yayınadək müqaviləsi olsa da, klub rəhbərliyinə mövsümün sonunda ayrılmaq istədiyi barədə məlumat verib.
Müller bu mövsüm 7 matçda 287 dəqiqə oynayıb və 4 qolun ötürməsini edib.
Milli.Az