Dembelenin cəzası açıqlandı – "Real"a qarşı oynamayacaq

9 Oktyabr 2019 19:39

La Liqanın 8-ci turunun "Sevilya" ilə oyununda qırmızı vərəqə alan "Barselona"nın futbolçusu Osman Dembelenin cəzası məlum olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, fransız hücumçu iki oyunluq diskvalifikasiya olunub. Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

"Sevilya" ilə oyunun 88-ci dəqiqəsində hakimi təhqir edən Dembele, birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Dembele "Barselona"nın "Eybar" və "Real"la qarşılaşacağı oyunlarda iştirak etməyəcək.

Milli.Az