Bu gün güclü külək harada müşahidə edilib? - FAKTIKI HAVA

9 Oktyabr 2019 16:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Deprtamenti bu gün müşahidə edilən faktiki havanı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 9-da şimal-qərb küləyinin sürəti arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 m/s-dək güclənib.

Bu gün dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Milli.Az