İşinizə fokuslanmağa kömək edəcək startap – Serene

10 Oktyabr 2019 22:40

Gün ərzində hamımızın etməli olduğumuz işlər və tamamlamalı olduğumuz layihələrimiz var. Ancaq elmi cəhətdən sübut olunduğu kimi, bir insanın uzun saatlarla hər hansı bir işi görməsi demək olar ki, mümkün deyil. Artıq bir müddət fasilədən sonra cansıxıcılıq özünü göstərməyə başlayır. Olduqca yeni bir proqram adlandıra biləcəyimiz Serene bu problemlərin qarşısını almağa və şəxsi işinə yönəltməyə əsaslanır.

Milli.Az techland.az-a istinadən bildirir ki, insanın uğurlu bir iş həyatı üçün gündəlik hədəflər təyin etməsi çox vacibdir. Bu hədəflər geridə qaldıqda xüsusilə psixoloji olaraq müxtəlif psixoloji problemlər yaranmağa başlayır. Ancaq Serene qarşıya qoyulan hədəflərə çatmağa imkan verir.

Əvvəlcə bildirək ki, platformadan bir çox yolla istifadə edə bilərsiniz. Sereneni birbaşa kompüterinizə yükləyə və ya daha sürətli daxil olmaq üçün brauzer əlavəsi kimi istifadə edə bilərsiniz. Ancaq əlavələr kifayət deyil və tətbiqin özü daha işləkdir. Tətbiqi yüklədikdən sonra peşənizi və e-poçt adresinizi sistemə təqdim etməlisiniz. Bundan sonra əvvəlcə "gündəlik təyinat" göndərməyiniz gözlənilir. Sonra sessiya başlayır və diqqət toplamağıniza kömək edəcək musiqi ilə yarım saatlıq müddət başlayır. İstəsəniz bu müddəti uzada və ya qısalda bilərsiniz. Vaxtınız başa çatdıqda məlumat mesajı da göndərilir. Bu şəkildə orta hesabla nə qədər iş görəcəyinizi öyrənirsiniz.

Milli.Az