Diqqətinizi idarə edin, zamanınızı deyil

10 Oktyabr 2019 21:40

Orta hesabla bir gündə neçə dəqiqə fasiləsiz işləyirsiniz ?

10, 20, bəlkə 50 dəqiqə? Çox kiçik səsləndiyini düşünürsünüzsə, həyatınızı nəzərdən keçirin. Əksəriyyətimiz 10 dəqiqədən çox bir şeyə diqqət edə bilmirik.

Hamımız internetdən o qədər asılıyıq ki, özümüzə və işimizə diqqət ayırmağa vaxt tapa bilmirik. Bəzilərimiz gündə yüzlərlə bildiriş və mesaj alırıq.

Milli.Az techland.az-a istinadən bildirir ki, bəzən özümüzü Whatsapp mesajına cavab verərkən bir tərəfdən də e-mailləri cavablandırmağa çalışdığımızı görürük. Çoxumuzun günü bildirişləri cavablandırmaqla keçir. Beləliklə, əksəriyyətimiz "İşə necə daha yaxşı fokuslana bilərik?" deyə düşünürük. Aşağıdakı fikirlərə əsasən deyə bilərik ki, əslində hamımızın bu mövzuda problemi eynidir :

"Həyatdakı və karyeramdakı bir nömrəli problemim, diqqət etməli olduğum işlərə fokuslanmaqdır. İşdə olduğum zaman diqqətim həmişə mənasız şeylərə yönəlməyə başlayır."

"Ən böyük problemim budur: həqiqətən nəyə diqqət etməli olduğumuzu necə bilirik?"

Bu düşüncələr bir çoxumuzun zehnini yorur.Əslində, fikir dağınıqlığı təkcə 21-ci əsrin problemi deyil həmişə həyatımızın bir hissəsi olmuşdur. Bunun smartfon və ya YouTubeda , onlayn alış-verişlərinizdə, İnstaqram da və ya diqqət yetirə bilmədiyiniz üçün özünüzü günahlandırmaq istədiyiniz hər hansı bir şeylə əlaqəsi yoxdur. Bu insan təbiətidir. Məşğul olmağı xoşlayırıq.

Milli.Az