“Android” sistemində istifadəçilər üçün təhlükəli nöqtələr aşkarlanıb

10 Oktyabr 2019 21:20

Google Project Zero" tədqiqat qrupu "Android" əməliyyat sistemində "Pixel", "Huawei", "Oppo", "Moto", "Samsung", "Oreo LG", "Xiaomi" markalarına aid smartfonlara dələduzların daxil olmasına yol açacaq ciddi zəif məqam aşkarlayıb.

Milli.Az techland.az-a istinadən bildirir ki, "Android" sisteminin özəyinin kodundakı "CVE-2019-2215" ünsürü viruslu proqram quraşdırmaqla, yaxud şəbəkədən hücum yolu ilə sistemi dağtmaq üçün istifadə oluna bilər.

Sözügedən təhlükənin "OC Android" sisteminin 8.x-dan başlayan versiyalarını hədələdiyi qeyd olunur.

Milli.Az