"Milan" yeni baş məşqçisini açıqladı

9 Oktyabr 2019 17:59

İtaliyanın "Milan" klubunun yeni baş məşqçi açıqlanıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Stefano Pioli "qırmızı-qaralar"ın baş məşqçisi təyin edilib 53 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. İtaliyalı çalışdırıcı illik bir milyon avro maaş alacaq.

O, bu vəzifədə Marko Campaolonu əvəzləyib.

Pioli daha öncə "Palermo", "Bolonya", "İnter", "Latsio" və "Fiorentina" kimi klubları çalışdırıb.

Milli.Az