Bakıda 31 yaşlı kişi evində bıçaqlandı

9 Oktyabr 2019 14:41

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, rayonun Şəfaət Mehdiyev 3 ünvanında yaşayan 31 yaşlı Xəlilov Amid Abit oğlu evdə bıçaq xəsarəti alıb.

Dərhal xəstəxanaya yerləşdirilən yaralıya sol qolun və bazunun kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az