Kimya üzrə Nobel mükafatını KİMLƏR aldı?

9 Oktyabr 2019 14:23

Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində kimya üzrə mükafatlar təqdim olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu il bu mükafatı amerikalı Con Qudenou, britaniyalı Stenli Uittingem və yaponiyalı Akira Yosino əldə edib.

Onlar litium-ion batareyalarının yaradılması və inkişafına görə mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 10-da ədəbiyyat (2018 və 2019-cu illər üçün), oktyabrın 11-i sülh və oktyabrın 14-ü iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.

Milli.Az