Məşhur müğənni 13 il sonra əlinə mikrofon aldı - FOTO

9 Oktyabr 2019 16:31

Uzun müddətdir ki, müğənnilik karyerasına fasilə verən Mahsun Kırmızılıgül yenidən səhnəyə qayıdacaq.

Milli.Az xəbər verir ki, bu barədə sənətçi özü İnstaqram-da məlumat verib. O, səsyazma studiyasından şəklini paylaşaraq qeyd edib ki, 13 il sonra ilk dəfə mikrofon qarşısına keçərək mahnı oxuyacaq.

"Bəzi mahnılar var ki, insanı olduğu məkandan qoparır, alıb aparır... İki övladım var. Biri kino, digəri musiqidir" , - ulduz qeyd edib. (publika.az)

Milli.Az