Linux nüvəsi üçün USB 4.0 drayveri təqdim olundu

10 Oktyabr 2019 08:55

Intel şirkəti Linux nüvəsinin tərtibatçıları üçün USB 4.0 spesifikasiyasının Linux nüvəsində dəstəyinin ilkin kod reallaşdırılmasını təqdim edib. USB interfeysinin yeni versiyası Thunderbolt 3 protokolu əsasında formalaşdırılıb və saniyədə 40 Gbit sürəti dəstəkləyir. Bununla belə o, USB 2.0 və USB 3.2 ilə sinxronlaşdırılmanı özündə qoruyub saxlayır.

Milli.Az technote.az-a istinadən bildirir ki, Thunderbolt-a bənzər olaraq USB 4.0 interfeysi də Type-C girişinə sahib bir naqil üzrə müxtəlif protokolları tunelləşdirə bilir. Bura PCle, Display Port və USB 3.x də daxildirlər. Bir giriş üzrə bir neçə cihazın qoşulması üçün müxtəlif növ tunellərin yaradılmasından Connection Manager funksiyası cavabdehdir. O həm proqram həm də sistem yenilənməsi səviyyəsində reallaşdırıla bilər.

Patchlar artıq Linux nüvəsinə daxil olan Thunderbolt drayveri əsasında hazırlanıb və onlar Thunderbolt 3 dəstəyini Connection Manager-in proqram səviyyəsinə əlavə edərək onu USB 4.0 ilə uyğunlaşan cihazlar və hostlarla çalışması üçün adaptasiya edirlər. Təqdim olunmuş kod hələki ilkin reallaşdırma statusu daşıyır USB 4.0-ün bütün imkanlarını əhatə etmir. Bununla belə təqdim edilmiş kod artıq PCle, Display Port və USB 3.x üçün tunellərin yaradılışını dəstəkləyir. 

Milli.Az