Google Pixel 4 smartfonlarının qiymətləri məlum oldu

10 Oktyabr 2019 08:05

Artıq 15 oktyabr tarixində Google şirkəti yeni Pixel 4 smartfon seriyasını təqdim edəcək. Daha öncədən olmuş çoxlu sayda məlumat sızıntısı vasitəsilə bu seriyaya daxil olacaq smartfonlar barəsində demək olar hər şey məlumdur. Lakin indiyənə kimi smartfonların qiymətləri bilinmirdi. İndi isə bu vəziyyət də dəyişib. Milli.Az technote.az-a istinadən bildirir ki, məşhur insayder Evan Blass, Pixel 4 və Pixel 4 XL smartfon modellərinin qiymətlərini təqdim edib. Beləliklə yeni smartfonların qiymətləri aşağıdakı kimidir:

- 6 GB RAM və 64 GB daxili yaddaşa sahib Pixel 4 - 789$

- 6 GB RAM 128 GB daxili yaddaşa sahib Pixel 4 - 900$

- 6 GB RAM və 64 GB daxili yaddaşa sahib Pixel 4 XL - 900$

- 6 GB RAM və 128 GB daxili yaddaşa sahib Pixel 4 XL - 1020$.

Keçən ilki Pixel 3 modelləri ilə müqayisədə yeni smartfonların qiymətlərində 5%-lik artım var.

Milli.Az