Müalicəvi feyxoa mürəbbəsi - RESEPT

9 Oktyabr 2019 21:35

Feyxoa mövsümündə qışa faydalı, yodla, minerallarla zəngin feyxoa mürəbbəsi hazırlamağın tam zamanıdır.

Milli.Az medicina.az-a istinadən bir qədər fərqli resepti təqdim edir:

500 qr  feyxoa
250 qr şəkər tozu
500 ml qaynar su
2 ç.q konyak

Hazırlanması:

Əvvəlcə feyxoanı yuyub, qabıqlarını nazik soyun, amma atmayın. Feyxoaları çox soyuq suya qoyun.

Kiçik qabda 1 stəkan su alıb, şəkər tozunu tökün. Odun üzərində karamel olana kimi qarışdırın.

Ayrı iri qazanda qaynar suya feyxoa qabıqlarını və şəkərli şərbəti qatıb, qaynar hala salın və 8 dəqiqə bişirin.

Sonra süzün. 

Bu siropa təmizlənmiş feyxoaları əlavə edib,30 dəqiqə bişirin. Sona yaxın konyak əlavə edin.

Soyudub banlaya yığıb ağzını qapaqla möhkəm bağlaya bilərsiz.

Milli.Az