Türkiyə parlamenti Suriyada və İraqda əməliyyatların keçirilməsinə mandatın vaxtını uzadıb

9 Oktyabr 2019 08:52

Türkiyə parlamenti Suriyada və İraqda əməliyyatların keçirilməsinə mandatın vaxtını uzadıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, mandat bir il müddətinə uzadılıb.

Parlamentin qərarına əsasən, Türkiyə Hərbi Qüvvələrinin qonşu ölkələrdə iştirakı 2020-ci ilin 30 oktyabr tarixinə qədər uzadılıb.

Milli.Az