Moskvada iki tramvay toqquşub, xəsarət alan var

9 Oktyabr 2019 08:26

Rusiyanın paytaxtı Moskvanın şərqində iki tramvay toqquşub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma İvanteyevskaya küçəsində baş verib.

Təcili xidmətlərdəki mənbə agentliyə bildirib ki, toqquşma nəticəsində 1 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, hazırda bu ərazidə tramvayların hərəkəti dayanıb. Toqquşmanın səbəbi araşdırılır.

Milli.Az