Fədayə Laçının azadlığa çıxacağı dəqiq tarix bəlli oldu

8 Oktyabr 2019 20:29

Həbsdə olan müğənni Fədaya Laçının azadlığa çıxacağı tarix açıqlanıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə müğənninin bacısı İlahə Fəda "Xəzər" kanalında yayımlanan "5-də 5" verilişində məlumat verib.  

O, bacısının oktyabrın 28-də azadlığa çıxacağını və səbirsizliklə həmin günü gözlədiklərini bildirib. 

Qeyd edək ki, sentyabrın 30-da müğənni Fədaya Laçının cəzası beş ildən iki ilə endirilib.  

Milli.Az