Keçmiş nazir AKP-dən istefa verdi

8 Oktyabr 2019 20:54

Türkiyənin keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihat Ergün üzvü olduğu AKP-dən istefa edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ergünün daha əvvəl AKP-dən ayrılan Əli Babacanın quracağı yeni partiyada yer alacağı deyilir. Keçmiş nazir istefa qərarını hələ sentyabrın 13-də e-dövlət vasitəsilə elan etdiyini bildirib.

Onun sözlərinə görə, bu qərarı ailə üzvləri və dostları ilə məsləhətləşəndən sonra verib.

Milli.Az