Sevgilisi ilə görüşə gedən oğlan 48 gündən sonra AĞACDAN ASILI TAPILDI - FOTO

8 Oktyabr 2019 18:16

Türkiyənin Zonguldak bölgəsində sosial şəbəkədə tanış olduğu qızla görüşmək üçün İzmirə gələn 23 yaşlı Mutlu Kıyar adlı gəncin cəsədi 48 gün sonra Çeşme-də ağaca asılı halda tapılıb. 

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Mutlu Kıyarın Çeşme-də taksidən enib marketdən kəndir aldığı və taksi sürücüsünə "Tətil üçün Çeşme-yə gəldim. Bu iplə özümə nənni hörəcəm" dediyi ortaya çıxıb.

Talehsiz gəncin intihar etdiyi, yoxsa cinayətə qurban getdiyi araşdırılır.

Məhəmməd Vaqif
Milli.Az