Prezident İlham Əliyev Əli Əsədovu Baş Nazir təyin edib

8 Oktyabr 2019 16:18

Prezident İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az