Azərbaycan-Gürcüstan sərhədində insident: 1 yaralı
14 Aprel 2010 15:13
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Milli.Az xəbər portalına daxil olan məlumatda qeyd olunur ki, hadisə aprelin 13-də saat 19:00 radələrində qeydə alınıb.
Dövlət sərhədini qanunsuz keçən 3 nəfərdən ibarət qrup sərhəd naryadının "dayan" əmrinə və havaya açılan xəbərdarlıq atəşinə məhəl qoymayıb. Onlar sərhədçiləri soyuq silahla hədələyərək onların həyatları üçün real təhlükə yaradıblar. Sərhəd naryadı mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq silah tətbiq edib, nəticədə sərhəd pozucularından biri yaralanıb. Relyefin mürəkkəbliyindən istifadə edən sərhəd pozucuları Gürcüstan ərazisinə qaçmağa nail olublar.
Faktla bağlı Cinayət Məcəlləsinin 318.2 (Azərbaycan respublikasınının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Milli.Az