Orxandan Rövşanənin "İlhamə cavan oğlana vurulmuşdu" İDDİASINA CAVAB

8 Oktyabr 2019 16:49

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov teleaparıcı Rövşanə Ağasəfqızına cavab verib.

Nadirov "Ölkə.Az"-a açıqlamasında Ağasəfqızının "İlhamı cavan oğlan sevirdi, ona vurulmuşdu" açıqlamasına etiraz edib:

"Ən azından ölünün dalınca danışmazlar. Rövşanə İlhamə xanımın sağlığında bu fikri deyə bilərdimi? Əgər bilirdisə, sağlığında danışardı da".

Qeyd edək ki, R.Ağasəfqızı  "Səhər-səhər" verilişində mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı bunları deyib:

"Allah İlhamə Quliyevaya rəhmət eləsin, "Yaşın nə fərqi var ki" sözünün möhürünü vurdu. Özü də sevirdi, cavan oğlana vurulmuşdu" sözlərini söyləyib".

Milli.Az