Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

10 Noyabr 2011 17:15
17:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Norveçin "Statoil Hydro" şirkətinin Baş icraçı direktoru Helge Lundu qəbul etmişdir.

"Statoil Hydro" şirkətinin baş icraçı direktoru Helge Lund Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, dövlətimizin başçısı ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladı. Helge Lund təmsil etdiyi "Statoil Hydro" şirkətinin Azərbaycandakı fəaliyyətinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq etdi.

Azərbaycan Prezidenti "Statoil Hydro" şirkətinin ölkəmizdəki uğurlu fəaliyyətini yüksək qiymətləndirdi.

Görüşdə "Statoil Hydro" şirkətinin Azərbaycandakı birgə layihələrdə iştirakı və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

--------
17:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da İsrail dövlətinin milli infrastruktur naziri Uzi Landaunu qəbul etmişdir.

Nazir Uzi Landau İsrail dövlətinin Prezidenti Şimon Peresin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, sənaye, infrastruktur sahələri ilə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Şimon Peresin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrail dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzərTAc

--------
17:15

Prezident İlham Əliyev İsrailin milli infrastruktur nazirini qəbul etmişdir



Prezident İlham Əliyev Norveçin "Statoil Hydro" şirkətinin baş icraçı direktorunu qəbul etmişdir





Foto: AzərTAc