Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsi barədə qərar verib

8 Oktyabr 2019 14:08

Milli Məclis Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsinə razılıq verilməsi haqqında qərar verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərarda deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.

Milli.Az