İtaliya yığmasında ciddi itki

8 Oktyabr 2019 14:09

İtaliya milli komandası ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yığmanın futbolçusu Stefano Sensi zədələnib. Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"İnter"də forma geyinən Sensi, A Seriyasının 7-ci turunun "Yuventus"la oyununda (1:2) zədələnib.

24 yaşlı yarımmüdafiəçi İtaliya millisinin heyətindən çıxarılıb. İtaliya yığması AÇ-2020-nin seçmə mərhələsində oktyabrın 12-də Yunanıstan, 15-də isə Lixtenşteynlə qarşılaşacaq.

Milli.Az