Biləsuvarda ikimərtəbəli bina yanıb

8 Oktyabr 2019 08:23

Biləsuvar rayonunda yanğın olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonda ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanı 10 m² sahədə yanıb. Binanın və mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az