Nar turşusunun hazırlanması - Usta öz sirlərini açır - VİDEO

7 Oktyabr 2019 20:39

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Ağababa Ağababa" adı ilə məşhur olan ustanın səhifəsinə istinadla nar turşusunu necə hazırlaması ilə tanış edəcəyik.

Tərkibi:
Nar, duz

Hazırlanma qaydası:
Narları yuyub, dənələyirik. Sonra bişirəcəyimiz qazana əlavə edib, qapağını bağlayırıq. Qazanı qoyuruq ocağa və zəif odda qaynamağını gözləyirik. Qaynara düşdükdə ocağın atəşini bir az artırırıq və 10-15 dəqiqə sonra qazanın qapağını açırıq ki, suyu yaxşı buxarlansın. Narları arabir qarışdırmaq lazımdır. Görəndəki narlar artıq yumşalıb, qazı söndürüb qoyuruq soyusun. Kifayət qədər soyuduqdan sonra narları süzgəcdən keçirdirik. Daha sonra süzgəcdən keçirdiyimiz narın suyunu təkrar qazana əlavə edib qaynadırıq. Qaynayarkən üzərinə yığılan köpükləri təmizləmək lazımdır. Suyu azalıb qatılaşandan sonra duz əlavə edirik, 3-4 dəqiqə qaynadıb ocağı söndürürük.

Nuş olsun!

Milli.Az