Aslı Enver məşhur serialda

7 Oktyabr 2019 20:24

Müğənni Murat Bozla yaşadığı eşqlə gündəmə gələn aktrisa Aslı Enver "İstanbullu gelin" serialından sonra işinə uzun müddət fasilə verməyi düşünmür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa yeni layihə üçün görüşlərə başlayıb. Enver Halit Ergenç və Ozan Güvenin rol alacağı "kod adı Babil" serialında çəkiləcək.

Ekran işinin aktyor seçimləri hələ davam edir. Serial 2020-ci ildə yayımlanacaq.

Milli.Az