İtaliya millisi yeni formasını təqdim etdi - FOTOlar

7 Oktyabr 2019 19:09

Futbol üzrə İtaliya milli komandasının yeni forması məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Puma" şirkəti tərəfindən hazırlanan yeni formalar yaşıl rəngdədir.

İtaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Yunanıstanla qarşılaşacağı oyunda (12 oktyabr) ilk dəfə bu formalardan istifadə edəcək.

Milli.Az