Sevil-Sevinc bacılarına BƏD XƏBƏR - FOTO

7 Oktyabr 2019 17:21

Müğənnilər Sevinc və Sevil Səfərovaların anası insult keçirib. Bacıların anası hələ də reanimasiyadadır.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, reanimasiyaya yerləşdirilən xəstənin vəziyyəti kafidir.

Əkizlər bu barədə "İnstagram"da yazıblar:

"Bizi sənsiz, təkbaşına buraxma, çünki sənsiz bacarmarıq, ana. Bizim sənə ehtiyacımız var. Evimizin bəzəyi, üzümüzün təbəssümü ana, tez sağal! Allah bizi ailəmizlə sınağa çəkməsin. Allah səni bizə çox görməsin!

Allahın sınaqlarına hazırıq, yetər ki, dərd verirsə, dərmanını da versin. Allah böyükdur, inşallah bu günlər də keçəcək. Ana, tez sağal Bu yaşadıqlarımızı, bir də yaşamayaq".

Milli.Az