Tibb üzrə Nobel mükafatının sahibləri bilindi

7 Oktyabr 2019 13:49

Builki Nobel tibb mükafatı Uilyam Kelin, ser Piter Retkliff və Qreqq Semenzaya veriləcək.

Milli.Az bildirir ki, onlar hüceyrələrin oksigen qəbuletmə səviyyəsinə adaptasiya mexanizmini aşkarladıqlarına görə tibb və fiziologiya üzrə Nobel mükafatına layiq görülüblər.

Alimlərin kəşfi xərçəng və digər xəstəliklərlə yeni mübarizə metodlarını hazırlamağa imkan verəcək.

Tibb və fiziologiya üzrə Nobel mükafatını ötən il Ceyms Pi Ellison və Tasuku Hönzö immun sisteminin mənfi tənzimlənməsinin inqibasiya olunmasına əsaslanan xərçəng əleyhinə terapiyanın yaradılmasına görə almışdılar.

Bu ilin dekabrın 10-da, Alfrend Nobelin vəfat günündə Stokholmda rəsmi mükafatlandırma mərasimi olacaq. Laureatlra mükafatı İsveç kralı 16-cı Qustav təqdim edəcək. Nobel mükafatı təqribən 1 milyon dollardır.

Milli.Az