İtaliyada zəlzələ - Məktəblər təxliyə edildilər

7 Oktyabr 2019 14:25

Səhər saatlarında İtaliyada zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təkanlar ölkənin cənubunda Katandzaro vilayətində qeydə alınıb. Təkanların 4 bal gücündə olması barədə xəbər yayılıb.

Zəlzələ yerin 27 kilometr dərinliyində olub. Bununla belə Kalabriya şəhəri və ətrafdakı yaşayış məntəqələri hiss olunacaq qədər silkələnib, əhali təşviş keçirib. Hətta məktəblərdə dərslər dayandırılıb, təxliyə aparılıb.

Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.

Milli.Az