"İnter"ə ilk məğlubiyyəti "Yuventus" yaşatdı - VİDEO - FOTO

7 Oktyabr 2019 11:14

İtaliya A Seriyasında 7-ci tura yekun vurulub.

Milli.Az xəbər verir ki, ilk 6 oyunda qələbə qazanan "İnter" doğma meydanda "Yuventus"u qəbul edib. Matç Turin təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

"Yuventus" 19 xalla turnir cədvəlinə başçılıq edir. "İnter" 18 xalla 2-cidir.

"İnter" - "Yuventus" - 1:2

Qollar: Lautaro Martines, 18, (pen.) - Paulo Dibala, 4, Qonsalo İquain, 80

Milli.Az