Hər seriyasına 70 min lirə qazanır

7 Oktyabr 2019 09:24

Türkiyənin məşhur "Mucize Doktor" serialında Ali Vefa obrazına həyat verən aktyor Taner Ölmezin qazandığı məbləğ məlum olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 33 yaşlı aktyor hər seriya üçün 70 min lirə qazanır. Bundan əvvəl də bir çox reklam filmi və seriallarda rol alan aktyor yeni obrazı ilə hər kəsin qəlbini fəth edir.

Milli.Az