Fəqərə sürüşməsi nəyə səbəb olur?

12 Oktyabr 2019 23:50

Fəqərə sürüşməsi bir fəqərənin digərinə nisbətən yerdəyişməsi kimi başa düşülür. Bu, xəstənin normal həyat fəaliyyətini pozmaqla yanaşı müəyyən klinik əlamətlərin meydana gəlməsinə gətirib çıxarır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu neyrocərrah, ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimi Cəmil İsgəndərli deyib.

Onun sözlərinə görə, fəqərə sürüşməsinin olduğu rentgen müayinəsi ilə təyin olunur. Bundan sonra xəstədə digər problemlərin: onurğa darlığının, disk yırtığının olub-olmadığını araşdırmaq üçün əlavə MRT müayinəsindən istifadə olunur: "Təəssüf ki, fəqərə sürüşmələrinin müalicəsi yalnız cərrahi müalicədən ibarətdir. Əməliyyatla sürüşən fəqərə digər fəqərələrə fiksatorlar vasitəsilə möhkəmləndirilir və orada olan patologiya aradan qaldırılır. Bu fəqərənin sürüşməsinin qarşısını almaqla yanaşı xəstənin şikayətlərini də aradan qaldırır. Bu əməliyyatlarla əksər hallarda xəstənin şikayətləri kəsməklə yanaşı ağırlaşmaların da qarşısı alınır".

Həkim bildirib ki, sürüşmə uzun zaman davam edəndə onurğa kanalında darlığa, disk yırtıqlarının yaranmasına gətirib çıxarır: "Bu, qorxulu xəstəlik deyil, vaxtında düzgün mütəxəssisə müraciət etdikdə aradan qaldırılır".

Milli.Az