Qonşu ölkədə uşaq bağçası "bağırsaq çöpü"nə görə bağlandı

4 Oktyabr 2019 20:41

Rusiyanın Amur vilayətində yerləşən uşaq bağçalardan biri "bağırsaq çöpü" infeksiyası səbəbindən bağlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, insident 7 saylı uşaq bağçasında qeydə alınıb.

Məlumata görə, bir neçə uşaqda infeksiya müəyyən edildikdən sonra xəstəliyin yayılmasının qarşısını almaq üçün uşaqların başçaya gəlməməsi tapşırılıb və müəssisə işini müvəqqəti dayandırıb.

Hazırda bağçada son dezinfeksiya işlərinin aparıldığı qeyd edilir.

Milli.Az