Azərbaycanın ən yaraşıqlı kişi sənətçisi kimdir? - Xanım məşhurlar CAVABLAYIR

4 Oktyabr 2019 17:54

Sənət adamlarının görünüşü hər zaman müzakirə mövzusu olub. Maraqlıdır, tanınmış azərbaycanlı xanımlar hansı kişi sənətçimizi ən yaraşıqlı hesab edir?

Milli.Az xəbər verir ki, "ölkə.az" bu sualla bəzi tanınmış xanımların fikrini öyrənib. Həmin fikirləri şərhsiz təqdim edirik. 

Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova:

"İndi yaraşıqlı kişi var ki? Mənim üçün ən yaraşıqlı sənət adamı Hacıbaba Bağırov olub. İndi üçün isə müğənni Əkbər Əliyevin adını çəkə bilərəm".Картинки по запросу arzu bağırova hacıbaba bağırov

Teleaparıcı  Lamiyə Ələkbərova:

"Mən sənətdə olan kişinin yaraşığına yox, sənətinə qiymət verirəm. Düzdür, səhnədə yaraşıq önəmlidir, lakin əvvəlcə o yaxşı oxumalıdır". 

Картинки по запросу lamiyə ələkbərova

Xalq artisti, xanəndə Səkinə İsmayılova:
" Mənim üçün sənət və sənətkarlıq önəmlidir, yaraşıq önəmli deyil". 

Картинки по запросу səkinə ismayılova

Xalq artisti, xanəndə Simarə İmanova sualı təbəssümlə cavablayır:

"Ad çəksəm inciyəcəklər, deyəcəklər ki, ay Simarə xanım, niyə filankəsin adını çəkdiniz,  mənim yox. Bizim kişi sənətçilərimiz zamanın süzgəcindən keçmiş sənətçilərdir. İstər indi, istərsə də keşmişdə olanlara hörmətim var. Kişiyə gözəl deməzlər, yaraşıqlı deyərlər". 

Картинки по запросу simarə imanova

Meyxanaçı-müğənni Samirə Yusifqızı da sualı yumorla cavablayıb:

"Mənim üçün sənətdə yaraşıqlı kişi Oktay Kamildir".

Картинки по запросу meyxanaçı samirə 

Xalq artisti Nazpəri Dostəliyeva:

"Hesab edirəm ki, Azərbaycan səhnəsində ən yaraşıqlı kişi Arif Babayevdir".

Картинки по запросу nazpəri

Xalq artisti Aygün Səmədzadə və əməkdar artist Nigar Şabanova isə bu cür sorğularda iştirak etmədiklərini bildiriblər.