"Mövzu vətəndirsə, gerisi təfərrüatdır" - Mahir Emreli

4 Oktyabr 2019 19:29

"Qarabağ"ın futbolçusu Mahir Emreli Lüksemburqda "Düdelanj"la oyun zamanı baş vermiş erməni təxribatı ilə əlaqədar mövqeyini bildirib.

Milli.Az xəbər verir ki, millimizin də üzvü olan 22 yaşlı hücumçu şəxsi "Instagram"ında bununla bağlı paylaşım edib.

Belə ki, matçdan fotosuna "Mövzu Vətəndirsə, gerisi təfərrüatdır. "Qarabağ" - Azərbaycandır" yazıb. 

Qeyd edək ki, "Qarabağ" "Düdelanj"a 4:1 hesabı ilə qalib gəlib. 

Milli.Az