"Qarabağ" nə vaxt qayıdır?

4 Oktyabr 2019 13:59

Avropa Liqasının qrup mərhələsində ötən gecə səfərdə Lüksemburqun "Düdelanj" klubu ilə  qarşılaşan "Qarabağ" bu gün Azərbaycana qayıdacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunu Bakıya gətirən təyyarənin saat 18:50-da Heydər Əliyev adına hava limanına eniş edəcəyi gözlənilir.

Xatırladaq ki, Ağdam klubu səfərdə 4:1 hesabı ilə qalib gəlib.

Milli.Az