Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" (1:4) oyunu ilk hissədə erməni təxribatı ilə əlaqədar dayandırılıb.
Buna dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması səbəb olub. "Qarabağ"ın azarkeşləri buna kəskin etirazlarını bildiriblər.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, gərgin anlardan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov azərbaycanlı azarkeşlər tərəfə yollanıb, onlarla qısa söhbət edib. Təcrübəli müdafiəçi onlardan meydana daxil olmamalarını xahiş edib.
Milli.Az