"İranda hökumətin buğdaya təyin etdiyi qiymət xərcləri qarşılamadığı üçün qonşu ölkələrə, İraq və ya Pakistana baha qiymətə satılacaq".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Buğda Təsərrüfatçıları Milli Fondunun sədri Ətaullah Haşemi deyib.
Ə.Haşeminin sözlərinə görə, satın alınan buğdanın qiyməti dəyişdirilmədiyi halda, təsərrüfatçılar ya buğda əkməyəcək, ya da məhsulu hökumətə satmayacaq.
Ötən il hökumət şirkəti tərəfindən 1 kq buğdanın 17 min riala (rəsmi məzənnə ilə 0,40 dollar, qara bazar məzənnəsi ilə 0,15 dollar) satın alındığını deyən fond sədri bildirib ki, bu qiymət bu il üçün 22 min rial təyin olunub:
"Halbuki hazırkı inflyasiyaya görə bu rəqəm minimum 25 min rial olmalı idi".
Haşimi əlavə edib ki, hökumət bu qiyməti dəyişməsə, buğda əkini də azala bilər.
Qeyd edək ki, İranda bir sıra məhsullar, o cümlədən buğda, düyü, çay dövlət şirkəti tərəfindən zəmanətli şəkildə satın alınır.
Milli.Az