"Qarabağ" Azərbaycana reytinq xalları qazandırdı

4 Oktyabr 2019 11:29

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən oyunlardan sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın Lüksemburqda "Düdelanj"a qalib gəlməsi Azərbaycanın xalını artırıb.  Ağdam klubunun 4:1 hesablı qələbəsi ölkəmizə 0,500 xal qazandırıb. Bu da Azərbaycanın cari mövsümdəki əmsalını 2,875-ə yüksəldib.  Ölkəmiz  17.750 xalla 26-cı pillədə qalıb. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,250 xal olub.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 18.750 xalı var.

Milli.Az