Nar mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır - VİDEO

3 Oktyabr 2019 20:04

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Fidana's Home" adı ilə məşhur olan səhifəyə istinadla nar mürəbbəsinin resepti ilə tanış edəcəyik.

Tərkibi:

Nar, şəkər tozu, limon suyu, darçın çubuğu

Hazırlanması:

Narları dənələyib, qaba əlavə edirik. Üzərinə şəkər tozunu töküb, şirə salana qədər saxlayırıq. Narın şirəsi çıxdıqdan sonra ocağa qoyub, dibindən yavaş-yavaş qarışdırırıq ki, yapışmasın. Sonra darçın çubuğunu və limon suyunu əlavə edirik. Bir az qaynadıqdan sonra ocaqdan götürürük.

Nuş olsun!

Milli.Az