Nazir: "Bakı və Vilnüs sosial sahədə əməkdaşlıq üçün böyük potensiala malikdir"

3 Oktyabr 2019 17:14

"Litva və Azərbaycan sosial təminat və əmək sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Litvanın sosial təminat və əmək naziri Linas Kukuraytis Bakıda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşü zamanı deyib.

O bildirib ki, Azərbaycanda keçirilmiş islahatlar sosial xidmətlər sahəsinə müsbət təsir göstərib:

"Sosial təminat sisteminin avtomatlaşması, eləcə də DOST konsepsiyasının tətbiq olunması dövlət siyasətinin uğurunun real göstəricisidir".

Milli.Az