Daşnaklar Ermənistanın xarici siyasətindən narazıdır

14 Aprel 2010 14:11
Partiya xarici işlər naziri Edvard Nalbandyanın istefası tələbində israrlıdır. Milli.Az xəbər portalı "Novosti-Armeniya" agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər komissiyasının sədri Qrayr Karapetyan deyib. Daşnak deputat bildirib ki, partiyasının Ermənistanın xarici siyasəti ilə bağlı mövqeyi dəyişməzdir: "Biz gözləmə mövqeyi tutan və susqun siyasət yürüdən Xarici İşlər Nazirliyinin işindən narazıyıq. Elə təəssürat yaranır ki, hakim siyasi qüvvə və XİN hansısa məsələ ilə bağlı mövqeyini bildirmək üçün ölkə prezidentinin nə deyəcəyini gözləyir".

Qeyd edək ki, "Daşnaksütyun" partiyası 2009-cu ilin ortalarından xarici işlər naziri Edvard Nalbandyanın istefasını tələb edir.

Milli.Az