"Uşaqlığın son gecəsi" filmi bərpa edilib

10 Noyabr 2011 11:14
Azərbaycanın sevilən filmlərindən biri olan "Uşaqlığın son gecəsi" filmi bərpa olunub.

Filmin bərpası Azərbaycan Dövlət Film Fondu ilə Rusiya Dövlət Film Fondunun birgə təşəbbüsü ilə həyata keçirilib.

Azərbaycan Dövlət Film Fondunun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görkəmli rejissor, Əməkdar İncəsənət Xadimi Arif Babayevin 1968-ci ildə lentə aldığı "Uşaqlığın son gecəsi" filminin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.

Hazırda Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birlikdə Vaqif Mustafayevin "Yaramaz" filminin bərpasına başlayıb.

Milli.Az