İtaliya klubunun sahibi öldü

3 Oktyabr 2019 14:48

İtaliya A seriyasında çıxış edən "Sassuolo" klubunun sahibi Corcio Skuintsi vəfat edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, iş adamı 76 yaşında uzun sürən xəstəlikdən sonra ölüb.

Qeyd edək ki, Skuintsi "Sassuolo"nu 2002-ci ildə alıb. Klub onun dönəmində C2 seriyasından yüksək dəstəyə qədər yüksəlib və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Mapei-Quick Step velosiped komandasını da maliyyələşdirən iş adamı həm də Milan azarkeşi idi.

Milli.Az