“Buruc” surəsinin fəzilətləri

5 Oktyabr 2019 22:20

"Buruc" surəsi Quranın 85-ci surəsi olub, 22 ayəyə malikdir.

Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: ""Buruc" surəsini qiraət etmək insana çətinliklərdən nicat verər".

Peyğəmbərimiz (s) bu surənin fəziləti barəsində buyurur: "Hər kim "Buruc" surəsini oxuyar, yaşadığı cümə və Ərəfə günlərinin sayının on bərabəri qədər ona savab verilər".

İmam Sadiq (ə) buyurur: "Hər kim "Buruc" surəsini vacib namazlarında oxuyarsa, məhşərdə peyğəmbərlər (ə), rəsullar (ə) və salehlərlə (ə) birlikdə olar. Çünki "Buruc" surəsi - peyğəmbərlərin (ə) surəsidir".

Bu surənin bərəkətləri:

1.Həzrət Peyğəmbər (s) buyurur: ""Buruc" surəsini oxumaq insana çətinliklərdən nicat verər".

2. İmam Sadiq (ə) buyurur: "Əgər körpənizi süddən ayırmaq istəyirsinizsə, bu surəni ona oxuyun. Hər kim yatan zaman bu surəni oxuyarsa, səhərə qədər amanda olar".

3. İmam Sadiq (ə) buyurur: "Hər kim bu surəni suya oxuyarsa və zəhər içmiş insan bu sudan içərsə, zəhər ona ziyan vurmaz".

Milli.Az