2019-cu ilin ilk altı ayında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 417 milyon dollar göndərilib. Eyni zamanda ilin birinci rübündə Rusiyadan köçürmələr 189 milyon dollar təşkil edib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiyanın Mərkəzi Bankının məlumatlarında görmək olar.
Hesabatda qeyd olunur ki, Azərbaycana hər dəfə orta hesabla, təxminən, 300 dollar göndərilir.
Ümumiyyətlə, 2019-cu ilin birinci yarısında Rusiyadan MDB ölkələrinə 5,720 milyard dollar göndərilib. MDB ölkələri arasında ən yüksək göstərici Özbəkistandadır: ilin ilk altı ayı ərzində Rusiyadan bu ölkəyə 2 milyard dollardan çox pul köçürülüb.
Rusiya Mərkəzi Bankı pul köçürmələrinin həcmini BLIZKO, CONTACT, "Western Union", "Zolotaya Korona", "Unistream" ödəniş sistemlərinin, eləcə də Rusiya poçtunun məlumatlarına əsasən hesablayıb.
Milli.Az